Türkiyə terrorçunu məhv edib

Türkiyə terrorçunu məhv edib
Dünya 25 May 2024 13:21

Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən keçirilən “Bozdoğan-40” əməliyyatı çərçivəsində “Sofi” kod adlı Mehmet Yıldırım məhv edilib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat Diyarbəkir vilayətinin Lice rayonunda baş tutub.

Bildirilib ki, M.Yıldırım müxtəlif vaxtlarda 6 terror aktı törədib. Nəticədə təhlükəsizlik qüvvələrinin 8 əməkdaşı və 15 dinc sakin şəhid olub.