İranda internet kəsildi

İranda internet kəsildi
Dünya 23 May 2024 14:29

Bu gün yerli vaxtla səhər saat 09:00-dan başlayaraq İranda internet kəsintiləri yaşanır.

Sitat.info xəbər verir ki, bu barədə Təbrizin “Azərəncümən” nəşri məlumat yayıb.

Bildirilib ki, əksər bölgələrdə internetdən istifadə mümkün deyil.

Bütün provayderlər və operatorlarda ciddi nasazlıq yaranmasına baxmayaraq, hadisənin səbəbləri və təfərrüatı açıqlanmayıb.