Çində məktəbə bıçaqlı hücum: 2 ölü, 10 yaralı

Çində məktəbə bıçaqlı hücum: 2 ölü, 10 yaralı
Dünya 20 May 2024 23:12

Çinin cənubundakı Tszyansi əyalətində ibtidai məktəbə bıçaqlı hücum nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, hücum yerli vaxtla günorta saatlarında Quixi şəhərindəki məktəbdə baş verib.

Polis hücumun meyvə bıçağından istifadə edən 45 yaşlı qadın tərəfindən törədildiyini açıqlayıb. Polisin sosial mediada verdiyi açıqlamada təcavüzkarın tutularaq nəzarətə alındığı bildirilib.

Kənan Yusif 

Sitat.info