Latviya Ukrayna üçün mərmilərə 10 milyon avro ayırdı
Latviya Ukrayna üçün mərmilərə 10 milyon avro ayırıb.
Sitat.info xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Ölkənin müdafiə naziri Andris Sprudsun sözlərinə görə, bu vəsait 3 mindən çox155 mm-lik mərmi alınmasına sərf olunacaq. Həmçinin iyunda Riqa Kiyevə 1000 döyüş pilotsuz uçan aparatı təhvil verəcək.
Spruds xatırladıb ki, bu il və növbəti iki il ərzində Latviya Ukraynaya ÜDM-in 0,25%-i həcmində hərbi dəstək verəcək. Cari il bu, 112 milyon avro təşkil edib.