Quterreş Putinə məktub göndərib

Quterreş Putinə məktub göndərib
Dünya 15 May 2024 09:40

BMT-nin baş katibi Antonio Quterreş Rusiya prezidenti Vladimir Putinə andiçmə mərasimi ilə bağlı məktub göndərib.

Sitat.info xəbər verir ki, bu barədə Baş katibin ofisindən onun rəsmi nümayəndəsinin müavini Fərhan Haq məlumat verib.

"Bəli, biz məktub yolladıq", - deyə Haq bildirib.

BMT rəhbərinin nümayəndəsi məktubun məzmunu ilə bağlı təfərrüatları açıqlamayıb.