Si Macarıstana dövlət səfərinə gedib

Si Macarıstana dövlət səfərinə gedib
Dünya 09 May 2024 00:06

Çin lideri Si Cinpin Macarıstana dövlət səfərinə gedib.

Sitat.info bu barədə TASS-a istinadən xəbər verir.

Si Paris və Belqradı ziyarət etdikdən sonra Budapeştə gəlib. Onu Budapeştin Ferenc Liszt Beynəlxalq Hava Limanında Macarıstanın Baş naziri Viktor Orban və xanımı Aniko Levai qarşılayıb.

Sinin səfəri iki ölkə arasında diplomatik əlaqələrin 75-ci ildönümünə təsadüf edir. Çin nümayəndə heyətinə 400-ə yaxın məmur daxildir.

Türkan 

Sitat.info