Paşinyan Moskvaya gedib

Paşinyan Moskvaya gedib
Dünya 08 May 2024 11:57

Ermənistan baş naziri Nikol Paşinyan bu gün Moskvaya yola düşüb.

Sitat.info xəbər verir ki bu barədə erməni KİV məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.

Bundan başqa, Paşinyanın sədrliyi ilə Moskvada Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək.