Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Dünya 07 May 2024 09:45

Türkiyənin xüsusi xidmət orqanları 30 nəfəri İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilərək saxlayıb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsində məlumat verib.

Qeyd olunub ki, İŞİD terror qruplaşmasına qarşı 7 əyalətdə həyata keçirilən əməliyyatlar çərçivəsində 30 nəfər saxlanılıb.