İranda 14 gündə 63 nəfər edam edildi

İranda 14 gündə 63 nəfər edam edildi
Dünya 03 May 2024 12:54

16-30 aprel tarixləri arasında İran həbsxanalarında hər 5 saatda 1 məhkum edam edilib.

Sitat.info xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, iki həftə ərzində 63 nəfərin ölüm hökmü həyata keçirilib.

Bununla da cari ildə İranda edam edilən məhkumların ümumi sayı 171 nəfərə çatıb.