800-cü gün: Rusiyanın itkiləri yeniləndi

09:36 3 May 2024

Ukrayna müharibənin 800-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 472 140 hərbçi, 7 354 ədəd tank, 14 129 ədəd zirehli döyüş maşını, 12 102 ədəd artilleriya sistemi, 1 053 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 786 hava hücumundan müdafiə sistemi, 348 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 16 266 ədəd avtomobil texnikası, 9 580 ədəd PUA, 2 126 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 993 xüsusi avadanlıq itirib.



Xəbər xətti