İranda güclü yanğın: 100 ev kül oldu

İranda güclü yanğın: 100 ev kül oldu
Dünya 02 May 2024 13:26

İranın Gilan əyalətinin Şeft şəhərinin “İmamzadə İbrahim” qəsəbəsinin taxta evlərində yanğın meydana gəlib.

Sitat.info xəbər verir ki, bu barədə şəhər fərmandarı Mehdi Nəqdi məlumat yayıb.

O, yanğın nəticəsində 100 evin tamamilə yanaraq kül olduğunu deyib.

İnsan tələfatı olmadığı bildirilib.