İran ABŞ-a sanksiya tətbiq etdi

İran ABŞ-a sanksiya tətbiq etdi
Dünya 02 May 2024 12:16

İran Qəzzada İsrailin addımlarını dəstəklədiyinə görə ABŞ-ın bəzi fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib.

Sitat.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sanksiya siyahısına məşhur “Lockheed Martin”, “Chevron” və “General Dynamics” şirkətlərinin adları düşüb.