Braziliyada daşqın: 8 nəfər ölüb, 21 nəfər itkin düşüb

23:24 1 May 2024

Braziliyanın cənubundakı Riu-Qrandi-du-Sul ştatında güclü leysan yağışları nəticəsində 8 nəfər ölüb, 21 nəfər itkin düşüb.

Sitat.info xəbər verir ki, bu barədə ştat qubernatorluğundan bildirilib.

Hadisə nəticəsində ştatın 100-dən çox şəhəri güclü yağışlardan zərər çəkib. 1400-dən çox insan təxliyə edilib, bir çox avtomobili sel suları aparıb.

Yaxın günlərdə güclü yağışların davam edəcəyi ehtimalı ilə əlaqədar bütün ştata daşqın riski xəbərdarlığı edilib.

Türkan 

Sitat.info



Xəbər xətti