Kiyevdə komendant saatının vaxtı dəyişdirilir – Kliçko

Kiyevdə komendant saatının vaxtı dəyişdirilir – Kliçko
Dünya 17 Aprel 2022 12:00

Kiyev vilayətində komendant saatının vaxtı dəyişdirilir.

Axar.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

“Aprelin 17-dən komendant saatı bir saat gec başlayacaq, 1 saat isə tez bitəcək. Saat 22:00-dan səhər 05:00-a qədər davam edəcək”, - Kliçko bildirib.

Mer vətəndaşları komendant saatının tələblərinə riayət etməyə çağırıb.