Hindistanda atışma: 2 polis həlak olub

Hindistanda atışma: 2 polis həlak olub
Dünya 27 Aprel 2024 13:28

Hindistanın Mərkəzi Ehtiyat Polis Qüvvələrinin (CRPF - hərbiləşdirilmiş polis strukturu) ən azı iki üzvü silahlıların hücumu nəticəsində ölüb, iki polis isə yaralanıb.

Sitat.info xəbər verir ki, bu barədə yerli "NDTV" telekanalı məlumat yayıb.

Məlumata görə, Kuki qəbiləsinə mənsub olduğu ehtimal edilən bir qrup silahlı təhlükəsizlik məntəqəsinə təpədən atəş açıb və qumbara atıb.

Nəticədə hüquq-mühafizə orqanlarının 4 əməkdaşı yaralanıb, onlardan ikisi həlak olub, daha ikisinin isə vəziyyəti ağırdır.