Çin kosmik stansiyaya yeni taikonavt heyəti göndərdi

Çin kosmik stansiyaya yeni taikonavt heyəti göndərdi
Dünya 25 Aprel 2024 20:36

Çinin Yer orbitində qurduğu Tiengong (Göy Sarayı) Kosmik Stansiyasında xidmət edəcək yeddinci taikonavt komandası yola düşüb.

Sitat.info xəbər verir ki, Çin İnsanlı Kosmos Proqramı Agentliyinin (CMSA) verdiyi açıqlamaya görə, taikonavtları Yi Quanqfu, Li Konq və Li Quanqsunu daşıyan Şinjou-18 kosmik gəmisi Qobi səhrasındakı Ciuchuen Peyk Mərkəzindən Long March 2F raketi ilə kosmosa göndərilib.

Kapsul havaya qalxdıqdan 10 dəqiqə sonra raketdən ayrılaraq planlaşdırılmış orbital istiqamətə daxil olub.

Kənan Yusif 

Sitat.info