Çadın ABŞ qüvvələrini ölkədən çıxaracağı iddia edilir

Çadın ABŞ qüvvələrini ölkədən çıxaracağı iddia edilir
Dünya 25 Aprel 2024 20:35

Çad hökumətinin ölkədə yerləşdirilən ABŞ qüvvələrini deportasiya edəcəyi iddia edilib.

Sitat.info xəbər verir ki, yerli media Çad hökuməti ilə ABŞ ordusu arasında hərbi əməkdaşlıq müqaviləsinin ləğv oluna biləcəyi ilə bağlı iddialar yazıb.

Çad hökumətinin Vaşinqton administrasiyasına yazılı bildiriş göndərərək, iki ölkə arasındakı razılaşmanın ləğv oluna biləcəyini və Çadda yerləşən ABŞ qüvvələrinin ölkədən çıxarıla biləcəyini bildirib.

Çaddakı ABŞ əsgərlərinin sayı açıqlanmasa da, 100-ə yaxın olduğu təxmin edilir.

Kənan Yusif 

Sitat.info