Conson Zelenski ilə danışdı: Davam edəcək!

Conson Zelenski ilə danışdı: Davam edəcək!
Dünya 16 Aprel 2022 23:35

Böyük Britaniya Baş naziri Boris Consonla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, Conson Zelenskiyə Böyük Britaniyanın Ukraynaya hərbi yardım göstərməyə davam edəcəyini söyləyib.

Baş nazir prezident Zelenskiyə keçən həftə qüvvəyə minən Böyük Britaniyanın yeni sanksiyaları barədə məlumat verib və bildirib ki, Böyük Britaniya yaxın günlərdə Ukraynaya özünümüdafiə vasitələri, o cümlədən zirehli maşınlar verməyə davam edəcək.