ABŞ Ukraynaya yeni hərbi yardım paketi təqdim edəcək

ABŞ Ukraynaya yeni hərbi yardım paketi təqdim edəcək
Dünya 23 Aprel 2024 09:42

ABŞ tezliklə Ukraynaya yeni hərbi yardım paketi təqdim edəcək.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında bildirib.

"ABŞ Senatı milli təhlükəsizlik ehtiyacları üçün əlavə maliyyəni təsdiqlədikdən sonra Ukraynaya yeni hərbi yardım paketi dərhal ayrılacaq”, - deyə Bayden qeyd edib.