Şimali Koreyada nüvə təlimləri keçirilib

Şimali Koreyada nüvə təlimləri keçirilib
Dünya 23 Aprel 2024 09:23

Şimali Koreya 600 millimetrlik çoxsaylı buraxılış raket sistemlərindən istifadə etməklə simulyasiya edilmiş nüvə əks-zərbəsinin buraxılması üzrə ilk kompleks taktiki təlim keçirib.

Sitat.info xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Ölkə lideri Kim Çen Inın rəhbərlik etdiyi təlimlərdə “Nüvə silahının tətiyi” və “Vulkan xəbərdarlığı” sistemlərindən istifadə olunub.

Təlim zamanı hərbçilər 352 kilometr məsafədə yerləşən hədəfləri vurublar.