İran prezidenti Pakistanda səfərdədir

İran prezidenti Pakistanda səfərdədir
Dünya 22 Aprel 2024 12:01

İran prezidenti İbrahim Rəisi iki günlük səfər çərçivəsində bu gün (22 aprel - red.) Pakistanın paytaxtı İslamabada gedib.

Sitat.info xəbər verir ki, İran prezidentini Pakistanın əmək və mənzil naziri Hüseyn Pirzadə və digər rəsmilər qarşılayıblar.

Səfər çərçivəsində Rəisi Pakistan rəsmiləri ilə görüşərək danışıqlar aparacaq.

İran prezidentinin səfəri çərçivəsində iki ölkə arasında ticarət, səhiyyə, iqtisadiyyat, təhlükəsizlik, ədliyyə və kənd təsərrüfatı sahələrində əməkdaşlıq sənədlərinin imzalanacağı gözlənilir.