Türkiyədə zəlzələ baş verib

Türkiyədə zəlzələ baş verib
Dünya 19 Aprel 2024 12:36

Türkiyənin İzmir vilayətində yenidən zəlzələ qeydə alınıb.

Sitat.info xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Seferihisar rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.5 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.