Yaponiyada 5,9 bal gücündə zəlzələ baş verib

Yaponiyada 5,9 bal gücündə zəlzələ baş verib
Dünya 16 Aprel 2024 09:41

Yaponiya sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri Kyuşu adasındakı Nişinomote şəhərindən 157 km cənub-şərqdə yerləşib.

Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.