İran İsraildəki hədəflərini açıqladı

İran İsraildəki hədəflərini açıqladı
Dünya 14 Aprel 2024 13:17

İran İsrailə qarşı əməliyyatını başa çatdırıb, lakin lazım gələrsə, əlavə tədbirlər görməyə hazırdır.

Sitat.info xəbər verir ki, bu sözləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Hüseyn Bagiri deyib.

Onun sözlərinə görə, əməliyyatın hədəfləri İsrail-Suriya sərhədindəki məlumat mərkəzi və İsrailin Nevatim aviabazası olub.