4 erməni əsgər öldü

4 erməni əsgər öldü
Dünya 12 Aprel 2024 19:22

Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil qəzaya düşüb.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 12-də saat 15:25 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularını daşıyan “Ural” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

İlkin məlumata görə, 4 nəfər ölüb, yaralılar var.