Ukrayna MDB-nin bu sazişindən də çıxdı

Ukrayna MDB-nin bu sazişindən də çıxdı
Dünya 12 Aprel 2024 18:00

Ukrayna hökuməti MDB-yə üzv ölkələrlə əməyin mühafizəsi sahəsində əməkdaşlıq haqqında sazişdən çıxmaq qərarına gəlib.

Sitat.info xəbər verir ki, bunu Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk deyib.

“Ukrayna 1994-cü il dekabrın 9-da Moskvada imzalanmış əməyin mühafizəsi sahəsində əməkdaşlıq haqqında MDB sazişindən çıxıb”, - Melniçuk bildirib.