İsrailin Qəzzada bir evi bombalaması nəticəsində 29 fələstinli həyatını itirib
İsrail ordusunun Qəzza zolağında bir evi bombalaması nəticəsində azı 29 fələstinli həyatını itirib.
Sitat.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın verdiyi xəbərə görə, İsrail ordusu Qəzza şəhərinin Sidra bölgəsindəki Ed-Derec məhəlləsində Yaffa küçəsində yerləşən fələstinli “Ət-Təbatibi” ailəsinə məxsus evi bombalayıb.
İlkin məlumata görə, hücumda 29 nəfər həyatını itirib, 3 nəfər yaralanıb.
Kənan Yusif
Sitat.info