Qərb Kiyevə bu silahları verməlidir

Qərb Kiyevə bu silahları verməlidir
Dünya 12 Aprel 2024 12:02

Kiyev vilayətindəki Tripolski İES-in dağıdılmasından sonra Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükü artırılmalıdır.

Sitat.info xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu Niderland müdafiə naziri Kaysa Olloqrenlə görüşündən sonra X səhifəsində yazıb.

“Mən Ukraynanın hava hücumundan müdafiə sistemlərinə təcili ehtiyacı olduğunu vurğuladım”, - Sandu bildirib.