Bir gecədə 300-dən çox ev su altında qaldı

Bir gecədə 300-dən çox ev su altında qaldı
Dünya 12 Aprel 2024 10:34

Rusiyanın Orenburq şəhəri yaxınlığındakı Ural çayında suyun səviyyəsi qalxmaqda davam edir və artıq 1120 sm-ə çatıb.

Sitat.info xəbər verir ki, bu barədə Orenburq rəhbərinin birinci müavini Aleksey Kudinov jurnalistlərə bildirib.

O qeyd edib ki, faktiki olaraq bir gecədə daha 900 təsərrüfat sahəsi və 361 ev su altında qalıb.