BMT: Ukrayna ən çox hücuma məruz qalan dövrdədir

BMT: Ukrayna ən çox hücuma məruz qalan dövrdədir
Dünya 11 Aprel 2024 21:51

Rusiya-Ukrayna müharibəsində şiddət artıb. İndi Ukraynanın müharibə başlayandan bəri ən çox hücuma məruz qaldığı dövrdür.

Sitat.info xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

Bmt-nin Avropa, Mərkəzi Asiya və Amerika üzrə baş katibin müavini Miroslav Yença bildirib ki, Rusiya hər gün Ukraynanın şəhər və qəsəbələrini vurur, enerji infrastrukturu intensiv və sistemli şəkildə hədəfə alınır. 

“Biz bu aramsız hücumlar nəticəsində mülki əhalinin artan itkisindən dəhşətə gəlirik. Ukraynada can itkisi ötən ayla müqayisədə 20 faiz artıb", - deyə Yença qeyd edib.

Türkan

Sitat.info​​