İsrailin Rəfaha hücumu nəticəsində 11 dinc sakin həlak olub
İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinə endirdiyi hava zərbələri nəticəsində 11 mülki vətəndaşın həyatını itirdiyi bildirilib.
Sitat.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərdə İsrail döyüş təyyarələrinin Rəfah şəhərinin şərqində dinc sakinləri hədəf aldığı bildirilib.
Qəbiristanlıq yaxınlığındakı hücumda 5 mülki vətəndaş həyatını itirib.
İsrail ordusunun Rəfah şəhərinin Cineyne rayonuna təşkil etdiyi hücumlarda 6 nəfərin həyatını itirdiyi, bəzi mülki vətəndaşların isə yaralandığı bildirilib.
Kənan Yusif
Sitat.info