Qəzzada ölənlərin sayı açıqlandı

Qəzzada ölənlərin sayı açıqlandı
Dünya 11 Aprel 2024 18:18

Qəzza zolağında ölənlərin sayı 33 min 500-ü ötüb.

Sitat.info xəbər verir ki, bu barədə Fələstinin səhiyyə qurumu məlumat yayıb.

Son 24 saatda Qəzza zolağında 63 nəfərin öldüyü, 45 nəfərin yaralandığı bildirilib.

Keçən ilin oktyabr ayından bəri Qəzza zolağına hücumlar nəticəsində ümumilikdə 33 min 545 fələstinli həlak olub.