Rusiyada sel suları altında qalan evlərin sayı 10 min 550-yə yüksəlib

Rusiyada sel suları altında qalan evlərin sayı 10 min 550-yə yüksəlib
Dünya 09 Aprel 2024 23:07

Rusiyada sel nəticəsində su altında qalan evlərin sayının 10 min 550-yə yüksəldiyi bildirilib.

Sitat.info xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ölkənin 37 rayonunda 226 yaşayış məntəqəsi çay daşqınlarından zərər çəkib.

Su altında qalan evlərin sayı 10 min 550, bağların sayı 19 min 139, körpülərin sayı isə 160 olub.

Daşqın təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilən Kurqan və Tümen vilayətlərinin bəzi yerlərində müvəqqəti məskunlaşma mərkəzləri yaradılıb, evakuasiyalara başlanılıb.

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov daşqınların baş verə biləcəyi ərazilərdə vətəndaşları xəbərdarlıqlara ciddi yanaşmağa çağırıb.

Kənan Yusif 

Sitat.info