Nigeriyada Ramazan bayramı ilə əlaqədar 222 məhbus əfv edilib

Nigeriyada Ramazan bayramı ilə əlaqədar 222 məhbus əfv edilib
Dünya 09 Aprel 2024 22:38

Nigeriyanın Katsina əyalətində Ramazan bayramı münasibətilə 222 məhbus əfv edilib.

Sitat.info xəbər verir ki, Katsina Qubernatorluğunun katibi İbrahim Kaula-Məhəmməd bəyan edib ki, qubernator Dikko Radda ştatın müxtəlif həbsxanalarında olan 222 məhbusun cərimələrini ödəməklə azadlığa buraxılmasını təmin edib.

Kaula-Məhəmməd bildirib ki, bu qərar məhbusların Ramazan bayramını ailələri ilə birgə keçirmələri üçün verilib.

Kənan Yusif 

Sitat.info