Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı 12-yə çatıb

Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı 12-yə çatıb
Dünya 05 Aprel 2024 23:03

Tayvanın Hualien şəhərində baş verən 7,4 bal gücündə zəlzələdə ölənlərin sayının 12-yə yüksəldiyi bildirilib.

Sitat.info xəbər verir ki, zəlzələdən sonra qurulan Təcili Yardım Mərkəzinin verdiyi açıqlamaya görə, axtarış-xilasetmə qrupları Hualien şəhərinin şimalındakı Taroko Milli Parkında daha iki nəfərin cəsədini tapıb.

Təsdiqlənmiş ölənlərin sayı indiyədək 12-yə çatıb. 13 nəfərdən isə hələ də xəbər yoxdur. 

Kənan Yusif

Sitat.info