Hizbullah İsrailin şimalını hədəf aldı

Hizbullah İsrailin şimalını hədəf aldı
Dünya 05 Aprel 2024 13:18

Livan Hizbullahı İsrailin şimalına artilleriya və raket zərbələri endirib.

Sitat.info xəbər verir ki, bu barədə “Taym of İsrail” məlumat yayıb.

Məlumata əsasən, Hizbullah Livan sərhədi yaxınlığındakı Əl-Mutla bölgəsində bir İsrail hərbi avtomobilini idarə olunan raketlə vurub. Hücum nəticəsində İsrail ordusunun bir əsgəri yüngül xəsarət alıb.

Həmçinin ölkənin şimalındakı Əl-Məlkiyə bölgəsinə də 7 raket atıldığı bildirilib.

Qeyd edək ki, İsrail mətbuatı ölkənin şimal bölgələrində həyəcan siqnalının işə salındığını vurğulayıb.