İranda polis məntəqələrinə silahlı hücum olub

İranda polis məntəqələrinə silahlı hücum olub
Dünya 04 Aprel 2024 09:50

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Rask və Çabahar şəhərlərində iki polis məntəqəsinə hücum edilib.

Sitat.info xəbər verir ki, hücum edənlər “Ceyş əl-Ədl” terror qruplaşmasının üzvləridir.

Atışma nəticəsində hüquq-mühafizə orqanlarının üç əməkdaşı həlak olub,

Hazırda hadisənin təfərrüatları araşdırılır.