Rusiya Yutubla nə edəcəyini bilmir

Rusiya Yutubla nə edəcəyini bilmir
Dünya 15 Aprel 2022 11:50

Mən Yutubun saxta məlumatlara görə bloklanmasını istərdim, lakin o zaman Rusiya bu platformadan doğru informasiyanı yaymaq üçün istifadə edə bilməyəcək.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev deyib.

“Bir tərəfdən Yutub Ukraynadakı əməliyyatla bağlı saxta və yalan məlumatların yayılması vasitəsidir. Digər tərəfdən, Yutub bloklansa, o zaman biz zəruri hesab etdiyimiz məlumatların yayılması vasitəsini itirəcəyik. Bu qərar asan məsələ deyil”, - Fadeyev bildirib.