Çilidə 5,8 bal gücündə zəlzələ baş verib

Çilidə 5,8 bal gücündə zəlzələ baş verib
Dünya 03 Aprel 2024 19:49

Çilidə 5,8 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 215 min insanın yaşadığı Konsepsyon şəhərindən 23 km cənub-şərqdə yerləşib. Dərinliyi 32 kilometr olub.

Dağıntı və qurbanlar barədə məlumat verilməyib.

Türkan

Sitat.info