İsrail Dəməşqə hücumlə bağlı ABŞ-ı xəbərdar etməyib

İsrail Dəməşqə hücumlə bağlı ABŞ-ı xəbərdar etməyib
Dünya 03 Aprel 2024 09:53

İsrail Dəməşqdəki İran konsulluğuna raket hücumu barədə ABŞ-ı əvvəlcədən xəbərdar etməyib.

Sitat.info-nun məlumatına görə, bunu ABŞ-ın Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq deyib.

Sinq, həmçinin bildirib ki, ABŞ Dəməşqdə bu zərbəni həyata keçirməyib.

Qeyd edək ki, aprelin 1-də İsrail Suriyanın paytaxtının qərbində, İran konsulluğunun yerləşdiyi Mezze məhəlləsinə raket zərbəsi endirib, nəticədə azı 6 nəfər həlak olub.