Yaponiyada sunami xəbərdarlığı ləğv edilib

Yaponiyada sunami xəbərdarlığı ləğv edilib
Dünya 03 Aprel 2024 09:36

Yaponiya Meteorologiya İdarəsi Tayvanın şərq sahillərində baş verən 7,7 bal gücündə zəlzələdən sonra Okinava prefekturasında sunami xəbərdarlığını ləğv edib.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, yalnız dəniz səviyyəsində cüzi dəyişiklik ehtimalını əks etdirən proqnoz qüvvədə qalır.

Qeyd edək ki, Tayvanın şərq sahillərində 7,7 bal gücündə zəlzələ baş verib, ardınca 6,6, 6,3 və 6 bal gücündə afterşoklar qeydə alınıb.