Tayvanda 7,7 bal gücündə zəlzələ baş verib

Tayvanda 7,7 bal gücündə zəlzələ baş verib
Dünya 03 Aprel 2024 09:03

Tayvan sahillərində baş verən güclü zəlzələ nəticəsində 4 nəfər ölüb, 97 nəfər yaralanıb.

Sitat.info-nun məlumatına görə, bu barədə Tayvanın “Zhongshi Xinwenwan” informasiya portalı xəbər verib.

Qeyd edək ki, Tayvanın şərq sahillərində 7,7 bal gücündə zəlzələ baş verib, ardınca 6,6, 6,3 və 6 bal gücündə afterşoklar qeydə alınıb. Tayvan adasının meteoroloji xidməti zəlzələnin maqnitudasını 7,2 bal qiymətləndirib, əlavə olaraq 6,5 bal gücündə 30-a yaxın afterşok hesablayıb.