Rusiya “Taliban”ı terror təşkilatları siyahısından çıxarmağı düşünür

Rusiya “Taliban”ı terror təşkilatları siyahısından çıxarmağı düşünür
Dünya 01 Aprel 2024 20:16

Taliban hərəkatının terror təşkilatları siyahısından çıxarılması məsələsinə baxılır.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib.

Onun sözlərinə görə, bunu Əfqanıstan hökumətinin inklüzivliyinin təmin edilməsi və insan hüquqlarına hörmət kimi xarakterizə etmək olar.

"Taliban hərəkatının terror təşkilatı statusuna xitam verilməsi məsələsinə Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və digər ixtisaslaşmış qurumlar baxır. Yekun qərarı ölkənin ali siyasi rəhbərliyi verəcək", - deyə Kabulov qeyd edib.

Türkan

Sitat.info