Hindistanı qasırğa və tornado: 5 nəfər ölüb, 100 nəfər yaralanıb

Hindistanı qasırğa və tornado: 5 nəfər ölüb, 100 nəfər yaralanıb
Dünya 01 Aprel 2024 17:45

Hindistanın Qərbi Benqal əyalətində şiddətli tufan və tornado baş verib. Təbii fəlakət nəticəsində 5 nəfər ölüb, 100 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, Hindistanın şərqindəki Qərbi Benqal əyalətinin Jalpaiquri bölgəsində güclü tufan və tornado ilə yanaşı dolu yağıb. 

Fırtına ən azı 800 evə ziyan vurub, ağacların və elektrik dirəklərinin uçmasına səbəb olub.

Kənan Yusif

Sitat.info