Rumıniyalı nazir Şəhidlər xiyabanını ziyarət etdi

Rumıniyalı nazir Şəhidlər xiyabanını ziyarət etdi
Gündəm 01 Aprel 2024 11:58

Rumıniyanın energetika naziri Sebastyan-İoan Burdujanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Bakıda keçirilən 8-ci iclasında iştirak etmək üçün ölkəmizə rəsmi səfərə gəlib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sitat.info-ya verilən xəbərə görə, nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzüb, xatirələrini ehtiramla anıblar.