İsrail Qəzza ilə sərhəddə bufer zona yaradır

İsrail Qəzza ilə sərhəddə bufer zona yaradır
Dünya 30 Mart 2024 12:58

İsrail Müdafiə Qüvvələri Qəzza zolağı ilə sərhəddə anklav ərazisinin təxminən 16 faizini tuta biləcək təhlükəsizlik bufer zonası yaradır.

Sitat.info xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb.

Məlumata əsasən, sərhəd boyu bufer zolağının eninin təxminən 1 km olacağı, Qəzza zolağının şimal və cənub olmaqla 2 hissəyə bölməsini planlaşdırıldığı bildirilir.

Həmçinin İsrail qüvvələri sektoru qərbdən şərqə doğru keçən və əhalinin hərəkətinə nəzarət etməyə imkan verən daha bir xüsusi bufer zolağı - "Netzarim" dəhlizi adlanan zolaq yaradır.