“Krokus” terrorunun daha bir qurbanı xəstəxanada dünyasını dəyişib
Sitat.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko məlumat verib.
"Təəssüf ki, ağır güllə yaraları alan və vəziyyəti son dərəcə ağır olan daha bir xəstə xəstəxanada dünyasını dəyişdi. Həkimlər onun həyatı üçün mübarizə apardılar və mümkün olan hər şeyi etdilər. Ailəsinə və yaxınlarına başsağlığı verirəm", - Muraşko bildirib.
Belarusun Rusiya Federasiyasındakı səfirliyi də belarus vətəndaşının terror aktı nəticəsində öldüyü barədə məlumat yayıb. Bildiriblər ki, çoxsaylı güllə yaraları alan 1981-ci il təvəllüdlü kişidir.
Ayna,
Sitat.info