Kamçatkada 5,6 bal gücündə zəlzələ qeydə alınıb

Kamçatkada 5,6 bal gücündə zəlzələ qeydə alınıb
Dünya 28 Mart 2024 09:17

Kamçatkada 5,6 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin məlumatına görə, zəlzələ Ust-Kamçatskın şərqində, Kamçatka diyarında Berinq dənizinin sahilində qeydə alınıb.

Məlumatlara görə, zəlzələnin episentri Ust-Kamçatsk kəndindən 40 km aralıda, 5 km dərinlikdə yerləşib.