"Krokus" terroru: ölənlərin sayı artdı

\"Krokus\" terroru: ölənlərin sayı artdı
Gündəm 27 Mart 2024 15:32

"Krokus Siti Holl"da törədilən terror aktı zamanı yaralananlardan biri xəstəxanada dünyasını dəyişib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bununla da terror nəticəsində ölənlərin sayı 140-a çatıb.

Qeyd edək ki, bundan öncə yaralananların sayının 360-a qalxdığı barədə açıqlama verilmişdi.