ABŞ Pakistana xəbərdarlıq etdi

ABŞ Pakistana xəbərdarlıq etdi
Dünya 27 Mart 2024 11:50

ABŞ Pakistan-İran qaz kəməri layihəsinin həyata keçirilməsini dəstəkləmir və Tehranla əməkdaşlığa görə İslamabadı sanksiya ilə hədələyib.

Sitat.info xəbər verir ki, bu barədə “Dawn” qəzeti bildirib.

“Həmişə bildiririk ki, İranla iş görmək bizim sanksiyalarımıza səbəb ola bilər. Hamıya bunu çox diqqətlə qəbul etməyi məsləhət görürük. Bu qaz kəmərinin tamamlanmasının tərəfdarı deyilik”, – mənbə qeyd edib.